1 milyon manata yaxın dələduzluq edən keçmiş bələdiyyə sədri və bacısı hakim qarşısında

1 milyon manata yaxın dələduzluq edən keçmiş bələdiyyə sədri və bacısı hakim qarşısında

Hazırda oxunan: 1 milyon manata yaxın dələduzluq edən keçmiş bələdiyyə sədri və bacısı hakim qarşısında

80275

Bakının Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  

Bizim.Media xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baxılıb.  

Prosesdə ifadə verən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər. 

Növbəti proses iyulun 5-də davam edəcək. 

İttihama görə, Aytac Əliyeva və bacısı İlknur Əliyeva bir neçə nəfərin əmlakını ələ keçirib. Onlar özlərini qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan geniş əlaqələrə sahib şəxslər kimi təqdim ediblər.  

Hər iki təqsirləndirilən şəxslər zərərçəkmişlərə qızıllarını onlara verməyi, onlar da yüksək vəzifəli şəxslərə baha qiymətə satacaqları barədə vədlər veriblər.  

Daha sonra həmin qızılları ələ keçiriblər.  

Cinayət işi üzrə 9 nəfər zərərçəkmiş qismində tanınıb.  

İttiham aktında bildirilir ki, bacılar zərərçəkmiş şəxsləri aldatmaq yolu ilə ümumilikdə 1 milyon manata yaxın vəsaiti ələ keçiriblər.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO