Ayağı amputasiya olunan qazinin toyu oldu - VİDEO

Ayağı amputasiya olunan qazinin toyu oldu - VİDEO

Hazırda oxunan: Ayağı amputasiya olunan qazinin toyu oldu - VİDEO

80207

Ötən axşam İkinci Vətən müharibəsi qazisi Mobil Əhmədzadənin toyu olub.

Bizim.Media xəbər verir ki, Bakıda restoranlardan birində keçirilən məclisdə dövlət xadimləri və məşhurlar iştirak edib.

Əməkdar artist Vasif Məhərrəmli toya dəvətli olmasa da məclisə qatılıb. Sənətçi bəy və gəlinin, eləcə də qonaqların əhatəsində mahnı oxuyub.  

“Sənin toyunda iştirak etmək mənə də nəsib oldu. Özümü azacıq da olsa borcumdan çıxmış kimi hesab edirəm. Mobil qulağıma piçıldadı ki, “Ata” mahnısını oxu. Mən sənin üçün bu nəğməni səsləndirəcəyəm”, deyə o, qeyd edib.

Həmin an isə qonaqlardan biri “O mahnını ifa etmə” deyərək, Məhərrəmlini pərt edib. Sənətçi isə bu təklifə “Oxumayım? Yaxşı” deyərək gülüşlə qarşılayıb.  

Qeyd edək ki, 1999-cu ildə Bakıda anadan olan Əhmədzadə Mobil İlqar oğlu Vətən müharibəsi zamanı yaralı halda 35 gün erməni əsirliyində qalıb. Onun ayağı amputasiya olunub”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO