11 yanvar tarixində Moskvada ərazi məsələlərinə dair heç bir sənəd imzalanmayacaq, görüşdə birgə bəyanat qəbul edilə bilər.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu bəyanatla Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorkyan öz facebook səhifəsində çıxış edib.
Gevorkyan bildirib ki, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin danışıqlarının gündəliyində əsasən iqtisadi məsələr yer tutur.
Gevorkyan öz Facebook-da yazır ki, söhbət regional kommunikasiyaların, beynəlxalq yük daşımalarının, o cümlədən Ermənistandan Rusiya və İrana, habelə Ermənistanın mərkəzi bölgələrindən Syunik vilayətinə yolların açılmasından gedir.
Onun sözlərinə görə, bəzi Azərbaycan və erməni dairələri daim "Meqri dəhlizi" mövzusunda söhbət aparır, lakin 9 noyabr tarixli birgə bəyanatda Ermənistan ərazisində hansısa dəhliz yaradılması haqqında heç bir bənd yoxdur.
"Erməni tərəfi üçün əsirlərin, girovların və saxlanılan şəxslərin tam hüquqlu mübadiləsi, habelə döyüş zonasında axtarış-xilasetmə işlərinin genişləndirilməsi əsas şərt olaraq qalır. Bu məsələni həll etmədən istənilən iqtisadi gündəmin müzakirəsi çətin olacaq və erməni tərəfi bu məsələni Moskva görüşünün əsas mövzularından biri hesab edir ", - deyə o yazır.
Qevorkyan qeyd edir ki, əgər bütün bu məsələlər üzrə razılıq əldə edilə bilsə, onda görüşün yekunları haqqında birgə bəyanatın qəbul edilməsi mümkündür
Bizim.Media