"Qarabağ"ın U-11 komandası Azərbaycan çempionu oldu - FOTO

Hazırda oxunan: "Qarabağ"ın U-11 komandası Azərbaycan çempionu oldu - FOTO

80162

Bu gün FHN-nin Hövsandakı idman kompleksində futbol üzrə 11 yaşlılar arasında Azərbaycan çempionatının final oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, "Vətən"komandasına  qalib gələn (4:3) "Qarabağ" Azərbaycan çempionu adını qazanıb.

"Qarabağ"ın 18 nömrəli oyunçusu Elmir Alxaslı hisslərini Bizim.Media ilə bölüşüb.

O, komandasının uğuruna çox sevindiyini deyib, komandan məşqçisi Elçin Xudatatova və əməyi keçən hər kəsə təşəkkür edib:

"Davamlı məşqlərimizin bəhrəsini gördük. Çox sevincliyəm. "Qarabağ"ın ənənəsini uğurla davam etdirərək, 11 yaşlı "Qarabağ"çılar da çempion oldu."Qarabağ"a həmişə qələbə yaraşır, Qarabağ Azərbaycandır!".

Aytəkin Alxaslı, Bizim.Media - Şimal bürosu







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO