Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı maraqlı addım atıb.
Bizim.Media xəbər verir ki, filialın iş otaqlarına işğaldan azad olunan doğma yurd yerlərimizin adları verilib.
Otaqlar Qarabağ, Şuşa, Laçın, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Ağdərə, Xudafərin, Həkəri, Tuğ və s. adlandırılıb. Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olan Surxay Nosuyevin atası, əslən Zəngilan rayonundan olan əməkdaş Əbdül Nosuyevin iş otağına isə “Zəngilan” adı verilib.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:00 / 10.01.2021
DSMF işçiləri iş yerlərində “Yeni Qarabağ” yaratdılar - KREATİV - FOTO
Hazırda oxunan: DSMF işçiləri iş yerlərində “Yeni Qarabağ” yaratdılar - KREATİV - FOTO
Hazırda oxunan: DSMF işçiləri iş yerlərində “Yeni Qarabağ” yaratdılar - KREATİV - FOTO
8011
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.