Hərbçilərin minatəmizləmə fəaliyyəti davam edir - Türkiyədən açıqlama - FOTO

Hərbçilərin minatəmizləmə fəaliyyəti davam edir - Türkiyədən açıqlama - FOTO

Hazırda oxunan: Hərbçilərin minatəmizləmə fəaliyyəti davam edir - Türkiyədən açıqlama - FOTO

8003

Qəhrəman Azərbaycan Ordusunun 44 gündə böyük qələbə qazandığı Qarabağda ərazilərin minalardan təmizlənməsi işləri davam edir. Ermənistan ordusunun yerləşdirdiyi minalar öz ərazilərini işğaldan azad edən Azərbaycan Ordusu tərəfindən təmizlənir.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir: "Quru Qoşunlarımızın Xüsusi Mina Axtarış və Təmizləmə qruplarından 136 nəfər də Azərbaycan Ordusuna dəstək üçün bölgəyə göndərilib".

Qeyd edilir ki, Türkiyə hərbçiləri Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə minaların təmizlənməsi üzrə təlim keçməklə yanaşı, işğaldan azad edilən Qarabağda minatəmizləmə fəaliyyətlərini davam etdirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO