Ukrayna MDB-nin bir sıra sazişlərindən çıxdı - SİYAHI

Ukrayna MDB-nin bir sıra sazişlərindən çıxdı - SİYAHI

Hazırda oxunan: Ukrayna MDB-nin bir sıra sazişlərindən çıxdı - SİYAHI

80022

Ali Rada Ukraynanın Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində bir sıra sazişlərdən çıxdığını təsdiqləyib.

Bizim.Media “korrespondent.net” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ali Radanın mətbuat xidməti məlumat yayıb.

Mənbə yazır ki, bu barədə qərar iyunun 19-da keçirilən iclasda qəbul edilib.

Belə ki, deputatlar mobil mobil rabitə sistemlərinin inkişafı və istifadəsi sahəsində əməkdaşlıq haqqında sazişdən çıxmaq haqqında 0093 saylı qanun layihəsini dəstəkləyiblər.

Rada, həmçinin MDB-də bioloji məhsulların ehtiyatının yaradılması haqqında sazişdən çıxmaq haqqında 0103 saylı qanuna da səs verib.
Bundan əlavə, Ukrayna MDB orqanlarının əməkdaşlarının milli qanunvericiliyə uyğun olaraq xidməti silah saxlamaq haqqında sazişdən də çıxıb.

Deputatlar MDB məkanında kiçik sahibkarlığın dəstəklənməsi və inkişafı haqqında sazişdən çıxmaq haqqında 0147 saylı qanun layihəsini də dəstəkləyiblər.

Ali Radada Ukrayna hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında elmi-texniki əməkdaşlıq haqqında sazişə də xitam verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO