Teymur Rəcəbov İddiaçılar Turnirində rusiyalı şahmatçı ilə heç-heçə etdi

Teymur Rəcəbov İddiaçılar Turnirində rusiyalı şahmatçı ilə heç-heçə etdi

Hazırda oxunan: Teymur Rəcəbov İddiaçılar Turnirində rusiyalı şahmatçı ilə heç-heçə etdi

79973

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.

Bizim.Media xəbər verir ki, 35 yaşlı qrossmeyster III turda ağ fiqurlarla FIDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşıb.

Tərəflər 30-cu gedişdə bərabərliyə razılaşıblar.

İlk turda Fransa təmsilçisi Alireza Firuzca ilə heç-heçə edən Rəcəbov növbəti raundda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzub. Onun hazırda 1 xalı var. Nepomnyaşi isə 2 xala sahibdir.

Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO