"Azərbaycan bütün bərpa işlərini öz vəsaiti hesabına aparır" - Prezidentin xüsusi nümayəndəsi

Hazırda oxunan: "Azərbaycan bütün bərpa işlərini öz vəsaiti hesabına aparır" - Prezidentin xüsusi nümayəndəsi

79951

Azərbaycan bütün bərpa işlərini öz vəsaiti hesabına həyata keçirir.

Bizim.Media xəbər verir ki, bunu bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov Şuşa şəhərində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, IX Qlobal Bakı Forumunun panelinin bu gün Şuşada keçirilməsi əlamətdar bir hadisədir, çünki forumda iştirak edən xarici ölkələrin nümayəndələri burada aparılan işlərlə yaxından tanış olur.

E.Hüseynov qeyd edib ki, bu gün qonaqlara ərazilərin bərpası, minalardan təmizlənməsi istiqamətində aparılan işlər və bu prosesin mürəkkəbliyi barədə məlumat verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO