Nazənin 10 yaşlı oğlundan danışdı:

Nazənin 10 yaşlı oğlundan danışdı: "Ən bahalı villaları almaq istəyir" – VİDEO

Hazırda oxunan: Nazənin 10 yaşlı oğlundan danışdı: "Ən bahalı villaları almaq istəyir" – VİDEO

79926

"Mənim milyonlarım balalarımın tərbiyəsidir. Onlar da mənim adıma layiq hərəkət edəcəklər. Necə ki mən onların başını aşağı salmıram. Düşünürəm ki, düzgün yol tutub gedəcəklər".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nazənin Salayeva qonaq olduğu "7 canlı" axşam şousunda deyib.

Övladlarından söz açan sənətçi, kiçik oğlunun bahalı və lüks villalara olan marağından söz açıb.

"Övladlarımın hər şeyi var. Mən olsam da, olmasam da ağılları başlarında olan uşaqlarım var. Oğlum Orxanın 10 yaşı var. Hərdən görürəm ki, o, dünyada ən bahalı villalara baxır. Deyir ki, böyüyəndə o villaları alacağam. Düşünmür ki, bunu atam və ya anam eləsin. Söyləyir ki, böyüyəndə özüm alacağam".

Qeyd edək ki, Nazənin Salayevanın Fəxri və Orxan adlı iki oğlan övladı var.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO