Gürcüstanın Baş naziri Paşinyanla danışıqlar apardı

Gürcüstanın Baş naziri Paşinyanla danışıqlar apardı

Hazırda oxunan: Gürcüstanın Baş naziri Paşinyanla danışıqlar apardı

79867

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumət üzvləri ilə birgə Ermənistana işgüzar səfər edib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, birgünlük səfər Ermənistanın Baş naziri Nikol Paşinyanın dəvəti əsasında baş tutub.

Baş nazirlər iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, logistika və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. 

Tərəflər regiondakı vəziyyətə və mövcud problemlərin həlli üçün birgə səylərin vacibliyinə diqqət çəkiblər.

İ.Qaribaşvili İrəvana səfərdən sonra iyunun 20-21-də Qətərə yola düşəcək. O, Qətər İqtisadi Forumunun panel müzakirəsinə qatılacaq.

İyunun 28-30-da isə hökumət başçısı NATO-nun Madrid sammitində iştirak edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO