Quba rayonu Azərbaycanda yaşayan tatarların milli "Sabantuy" bayramına ev sahibliyi edəcək.
Bizim.Media xəbər verir ki, tatarların milli bayramı sabah rayonun Qəçreş istirahət zonasında keçiriləcək.
"Yaslek" Azərbaycan Tatar Gəncləri Mərkəzinin rəhbəri Diyaz Əhmədcanov Bizim.Media-ya açıqlamasında deyib ki, "Sabantuy" bayramı 15 ildir Azərbaycanda təntənə ilə keçirilir.
Pandemiya səbəbindən son 3 ildə bu bayram keçirilməsə də, bu il bölgələr üzrə ilk dəfə Qubada keçiriləcək.
Hazırda sabah min yaxın şəxsin qatılacağı tatar bayramına hazırlıq işləri davam edir.
Aytəkin Alxaslı, Bizim.Media - Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:57 / 18.06.2022
Quba möhtəşəm "Sabantuy" tatar bayramına hazırlaşır
Hazırda oxunan: Quba möhtəşəm "Sabantuy" tatar bayramına hazırlaşır
Hazırda oxunan: Quba möhtəşəm "Sabantuy" tatar bayramına hazırlaşır
79862
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.