Anar Kərimov Qətərin mədəniyyət naziri ilə görüşdü - FOTO

Anar Kərimov Qətərin mədəniyyət naziri ilə görüşdü - FOTO

Hazırda oxunan: Anar Kərimov Qətərin mədəniyyət naziri ilə görüşdü - FOTO

79851

Mədəniyyət naziri Anar Kərimov iyunun 17-də IX Bakı Qlobal Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Qətər Dövlətinin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani ilə görüşüb.

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, görüşdə Qətər-Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin inkişafından, bu sahədə həyata keçirilməsi nəzərdə tutulan layihələrdən söhbət açılıb. 

Nazir Anar Kərimov iki ölkə arasında mədəniyyətin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın davamlı inkişafını xüsusi vurğulayıb.

O, ölkəmizdə yeni yaradılan Azərbaycan Respublikası Kino Agentliyi haqqında qətərli həmkarına məlumat verərək film sənayesinin inkişafı istiqamətində Qətərin təcrübəsini öyrənməkdə maraqlı olduqlarını bildirib. 
Anar Kərimov "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyası haqqında nazirə məlumat verib.

Qeyd edib ki, layihənin əsas məqsədi mədəniyyətin qorunması üçün regionda sülhün vacibliyini diqqətə çatdırmaqdır. Nazir bu kimi təşəbbüslərdə Qətər Dövlətini fəal iştiraka dəvət edib. 

Qətər Dövlətinin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani qəbula görə nazirə təşəkkürünü bildirib və IX Bakı Qlobal Forumunda iştirakından məmnunluğunu dilə gətirib. 

Qətərli nazir iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi təkliflərini xüsusilə vurğulayaraq bu istiqamətdə qarşılıqlı fəaliyyət planının hazırlanmasını təklif edib. 
Görüşdə Qətərdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, həmçinin azərbaycanlı və qətərli şairlərin kitablarının tərcümə və çap olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO