İşğaldan Azad Edilmiş Ərazilərin Ümumi Planı müzakirə edildi - FOTO

İşğaldan Azad Edilmiş Ərazilərin Ümumi Planı müzakirə edildi - FOTO

Hazırda oxunan: İşğaldan Azad Edilmiş Ərazilərin Ümumi Planı müzakirə edildi - FOTO

79849

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında fəaliyyət göstərən İctimai Şuranın növbəti iclası geniş tərkibdə, ölkənin görkəmli şəhərsalma və memarlıq mütəxəssislərinin iştirakı ilə təşkil olunub.

Bizim.Media-nın xəbərinə görə, iclasın məqsədi ölkə başçısının tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilər üzrə Komitənin sifarişi ilə hazırlanan əsas ərazi planlaşdırma sənədlərinin hazırlanmasında ictimaiyyət və yerli peşəkar dairələrin fəal iştirakını təmin etməkdir.

İclas çərçivəsində Komitə rəsmiləri tərəfindən İşğaldan Azad Edilmiş Ərazilərin Ümumi Planı, ayrı-ayrı şəhərlərin baş planları təqdim edilib, müvafiq şəhərsalma həlləri ətraflı müzakirə olunub.
Bildirilib ki, növbəti 20 illik dövrü əhatə edən bu planların hazırlanması zamanı regionda müasir tələblərə cavab verən yeni infrastrukturun qurulması, şəhərlərə tezliklə qayıdacaq əhalinin yüksək yaşayış standartlarının, təhlükəsizliyinin, iş imkanlarının və yaşayış məntəqələrinin dayanıqlı inkişafının təmin olunması prioritet götürülüb, aparıcı dünya təcrübəsi öyrənilərək tətbiq edilib, “yaşıl” enerji, “ağıllı” şəhər və bir çox digər müasir şəhərsalma yanaşmaları tətbiq olunub.

İclas iştirakçıları təqdim olunmuş layihələrin qısa müddət ərzində peşəkarlıqla hazırlandığından məmnunluğunu ifadə edib, ayrı-ayrı şəhərsalma həlləri ilə bağlı rəy və təkliflərini səsləndiriblər, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, verilən tövsiyələr qeydə alınıb.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şura 22 sentyabr 2021-ci il tarixində fəaliyyətə başlayıb. Şura Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə normativ-hüquqi aktların işlənməsinin dəstəklənməsi, şəhərsalma və memarlıq sahələrində ictimai nəzarətin təşkilini, vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin edir.
Komitə yanında İctimai Şuranın memarlıq həllərində müasir yanaşmaların tətbiqi, sifarişçilərlə əməkdaşlığın səmərəliliyinin artırılması, şəhərsalma proseslərinin rəqamsallaşdırılması və sair aktual mövzulara həsr olunmuş əvvəlki iclasları da daxil olmaqla hazırkı iclası sayca beşincidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO