Qarabağ fatehinə həsr olunmuş \

Qarabağ fatehinə həsr olunmuş \"Zəfər albomu\" filminin təqdimatı baş tutdu - FOTO

Hazırda oxunan: Qarabağ fatehinə həsr olunmuş \"Zəfər albomu\" filminin təqdimatı baş tutdu - FOTO

79847

Ağdamda "Zəfərin albomu" adlı sənədli filmin təqdimatı olub.  

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, film silahlı qüvvələrin polkovniki, "Zəfər ordeni"nə laiq görülmüş Baxışəli Məmmədovun döyüş yolundan bəhs edir.

Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak edib. Çıxış edənlər Vətən müharibəsi çətin və şərəfli günlərindən geniş söhbət açıb.
Sonra film tamaşaçılara təqdim olunub.

Qeyd edək ki, ekran əsəri "Urfansoy film" tərəfindən ərsiyə gəlib. Filmin ssenari müəllifi isə Bizim.Media-nın əməkdaşı Elgün Gəncimsoydur. 

Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO