"Zirə" hazırlıq planını açıqladı

Hazırda oxunan: "Zirə" hazırlıq planını açıqladı

79844

İyunun 13-dən təlim-məşq toplanışına start verən "Zirə"nin hazırlıq planı bəlli olub. 

Bizim.Media xəbər verir ki, bu barədə klub məlumat yayıb. 

Bildirilib ki, paytaxt təmsilçisi iyunun 23-dək məşqlərini Bakıda keçəcək. 1 gün sonra Türkiyəyə yola düşəcək "qartallar" Bolu şəhərində "Vonresort" otelində məskunlaşacaq. "Qartallar" bu müddətdə iki yoxlama oyunu keçirəcək. 

"Zirə" iyulun 7-də Bakıya dönəcək. İsrailin "Makkabi" (Təl-Əviv) komandasına qarşı UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunlarına son hazırlıq mərhələsi ölkədə olacaq. 

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO