Avropa Cüdo Birliyinə yeni prezident seçildi

Avropa Cüdo Birliyinə yeni prezident seçildi

Hazırda oxunan: Avropa Cüdo Birliyinə yeni prezident seçildi

79826

Avstriyanın paytaxtı Vyanada Avropa Cüdo Birliyinin (EJU) növbədənkənar konqresi keçirilib. 

Bizim.Media xəbər verir ki, 51 üzv ölkənin 49-nun iştirak etdiyi tədbirə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və baş katib Rəşad Rəsullu qatılıblar. 

Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizerin də iştirak etdiyi Konqresdə EJU-nun prezidenti və İdarə Heyətinə seçkilər baş tutub. Səsvermə nəticəsində Macarıstan təmsilçisi Laslo Tot təşkilatın yeni prezidenti seçilib.  

Həmçinin, Avstriya təmsilçisi Martin Poyger təşkilatın baş katibi və Malta təmsilçisi Envik Qalea isə qurumun xəzinədarı vəzifələrinə seçiliblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO