Sabah hava necə olacaq? - PROQNOZ 

Sabah hava necə olacaq? - PROQNOZ 

Hazırda oxunan: Sabah hava necə olacaq? - PROQNOZ 

79825

İyunun 19-na gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək. Abşeron yarımadasında havanın temperaturu gecə 20-22° isti, gündüz 27-31° isti olacaq.

Bakıda gecə 20-22° isti, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq. 

Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. 
Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO