Əcnəbi səyahətçilər Zəngilanda - FOTO

Əcnəbi səyahətçilər Zəngilanda - FOTO

Hazırda oxunan: Əcnəbi səyahətçilər Zəngilanda - FOTO

79801

Əcnəbi səyahətçilər Zəngilan rayonunun Ağalı kəndində olublar. 

Bizim.Media xəbər verir ki, 10 ölkədən olan səyahətçilər və bloqerlər iki gün ərzində Füzuli, Şuşa, Kəlbəcər, Laçını ziyarət ediblər və bu gün Zəngilandadırlar. 

Report-un məlumatına görə, qonaqlara Zəngilanın Ağalı kəndi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kompleks 200 evdən ibarətdir və onların planlaşdırılmasında bir çox ölkələrin təcrübəsindən istifadə olunub.

Həmçinin vurğulanıb ki, “Ağıllı kənd” konsepsiyasında yaşayış kompleksinin, sosial xidmətlərin, istehsal müəssisələrinin yaradılması və alternativ enerji mənbələrindən istifadə nəzərdə tutulur. 

Qafqazda ilk “Ağıllı kənd” konsepsiyasının yaradılması üçün Hindistan, İsrail və digər ölkələrin zəngin təcrübəsindən istifadə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO