Qazaxıstanda parlament seçkiləridir

Qazaxıstanda parlament seçkiləridir

Hazırda oxunan: Qazaxıstanda parlament seçkiləridir

7977

Qazaxıstanda parlament məclisinə və məslihatlara növbəti seçkilərdə səsvermə başlanılıb.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Konstantin Petrov bildirib.

Nur-Sultan vaxtı ilə saat 07:00-da (Bakı vaxtı ilə 05:00) Qazaxıstanın əksər bölgələrində seçki məntəqələri açılıb. Nur-Sultan vaxtı ilə saat 08:00-da (Bakı vaxtı ilə 06:00) ölkənin qərb bölgələrində - Qərbi Qazaxıstan, Atırau, Aktübin, Qızıl Orda və Manqistau vilayətlərində səsvermə başlanılıb.

“Paytaxt vaxtı ilə saat 08:00-dan etibarən ölkənin hər yerində 10 994 seçki məntəqəsində və Qazaxıstan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərində 17 seçki məntəqəsində səsverməyə başlanılıb”, - deyə MSK rəsmisi brifinq zamanı bildirib.

Onun sözlərinə görə, xaricdəki 49 seçki məntəqəsi saat zonalarındakı fərq nəzərə alınaraq səsverməyə daha sonra başlayacaq.

Səsvermə ölkənin əsas ərazisində Nur-Sultan vaxtı ilə saat 20:00-da (Bakı vaxtı ilə 18:00) sona çatacaq. Qərb bölgələrində vaxt fərqi səbəbindən məntəqələr bir saat gec bağlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO