Vahid Əhmədovdan İRAD – “Təkliflərimizə baxılmır”  

Vahid Əhmədovdan İRAD – “Təkliflərimizə baxılmır”  

Hazırda oxunan: Vahid Əhmədovdan İRAD – “Təkliflərimizə baxılmır”  

79675

“Sosial sahədə çox ciddi problemlər var. Lakin bu məsələ ilə bağlı verdiyimiz təkliflərə baxılmır”.

Bizim.Media xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında bildirib.  

“Xahiş etmişdim ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatları, vitse-spiker Əli Hüseynlinin rəhbərliyi altında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yığışaq və problemlərin həlli istiqamətində iş görək. Bu təklifimə baxan olmadı, buna görə də bu istiqamətdə artıq danışmaq istəmirəm”, - deyə deputat əlavə edib.  

Əli Hüseynli isə cavab olaraq qeyd edib ki, Nazirliklə Milli Məclis arasında əlaqə o səviyyədə deyil ki, biz hər hansı komissiya yaradaq:  

“Hazırda buna ehtiyac yoxdur. Xüsusi bir ehtiyac yaranarsa, komissiya yaradılması məsələsi müzakirə oluna bilər”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO