Bəhramdan tənqidlərə CAVAB -

Bəhramdan tənqidlərə CAVAB - "Neqativ enerjinizi başqa yerə tökün"

Hazırda oxunan: Bəhramdan tənqidlərə CAVAB - "Neqativ enerjinizi başqa yerə tökün"

79662

"Uzun illər "Facebook" səhifəmi izləyən bütün izləyicilərimə və oxucularıma müraciət etmək istəyirəm. Etdiyim iş çoxlarının xoşuna gəlir, bəziləri isə o qədər bəyənmir ki, mənə hər cür bədlik və bəla arzulayırlar. Səhifəmi oxuya, ya da yan keçib yazılarımı görməməzliyə vura, ana və ya xarici dildə şərh yaza bilərsiniz. Amma mənim səhifəmdə gördüyüm işlərə görə üstümə neqativ tökməyin”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə “Facebook” hesabında yazıb. Sosial şəbəkədə paylaşımlarını rus dilində etdiyi üçün izləyicilərin tənqidi ilə qarşılaşan sənətçi, qalmaqallı məsələyə aydınlıq gətirib.  

Aktyor rus dilində fikirlərini yazmağın onun üçün daha rahat olduğunu bildirib:  

“Xarici dildə yazmağımı bəyənməyənlərə bir sual vermək istəyirəm - bəs siz kimsiniz? Ana dilimdə deyil, xarici dildə arayış gətirdiyim mənzil istismar idarəsinin rəhbərləri, dövlət qurumlarının nümayəndələri, hansısa komissiyanın üzvlərisiniz? Təbii ki, ölkəmizin dövlət dili Azərbaycan dilidir, amma siz bu qədər ağıllı və maarifçi insanlar necə bilmirsiniz ki, Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin II hissəsi və 45-ci maddəsinin I hissəsi var ki, bu da istənilən Azərbaycan vətəndaşına - mən də daxil olmaqla imkan verir ki, istənilən dildə oxuyaq, yazaq, danışaq və yaradaq.

Biz müasir, demokratik və azad ölkədə yaşayırıq və əgər dövlətin ali qanunu mənə hər hansı dildən istifadə etmək hüququ verirsə, onda sizin nə haqqınız var mənə nəyisə qadağan edəsiniz? Özünüzü konstitusiyadan üstün hesab edirsiniz? Əgər belədirsə, onda bir psixoloq və ya psixiatrla əlaqə saxlamalısınız.
Mən isə Bəhram Bağırzadə özüm üçün lazımlı və faydalı hesab etdiyim işlərlə məşğul olacam. Mənimlə eyni dalğada olan bütün dostlarıma və həmfikirlərimə sülh, xeyir və firavanlıq arzulayıram.

Səhifəmi, statuslarımı, hekayələrimi və digər mətnlərimi bəyənməyənlərə isə çıxış yolunu bildiyiniz üsulda səhifəmi tərk etməyi tövsiyə edirəm. Rəqəmlərin dalınca getmirəm, ona görə də bu gündən bütün neqativ insanları "bloklayıb" siləcəyəm. Əlvida, qaranlıq enerjinizi atmaq üçün başqa yer axtarın".  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO