Xızının deputatı Bizim.Media-nın təklifini dəstəklədi - \

Xızının deputatı Bizim.Media-nın təklifini dəstəklədi - \"Kardioloji sanatoriya...\"

Hazırda oxunan: Xızının deputatı Bizim.Media-nın təklifini dəstəklədi - \"Kardioloji sanatoriya...\"

79645

"Xızıda ürək-damar xəstəliklərinin təbii yolla müalicəsi, eyni zamanda tibbi fəaliyyət göstərən sanatoriyaların tikilməsi həm tibbi turizmi canlandıra bilər, həm də turizmin digər sahələrini inkişaf etdirə bilər. Bunun üçün mən Milli Məclisdə, müvafiq icraedici orqanların qarşısında bu məsələni qaldırmağı düşünürəm. Müvafiq şəkildə həm hökümətə, həm də müvafiq strukturlara sorğularla müraciət edəcəyəm".  

Bu açıqlama ilə Bizim.Media-nın "Ürək xəstələrinin təbii dərmanı Xızı-yerli məmurlar rayonun inkişaf etməsində niyə maraqlı deyil?" sərlövhəli, 10 iyun 2022-ci il tarixli yazısına münasibət bildirən Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli bildirib.  

Onun sözlərinə görə, yazını oxuduqdan sonra bu barədə xeyli düşünüb. Cənab Məmmədli Bizim.Media-nın Xızıda kardioloji sanatoriyanın tikilməsi təklifini dəstəkləyərək rayonun nəinki ürək-damar, digər xəstəliklərinin müalicəsi üçün olduqca təbii potensialının olduğunu deyir:  

"Xızı rayonunun həm əsrarəngiz təbiəti, həm də ekoloji cəhətdən sağlam mühitin olması, turizmin inkişafında mühüm əhəmiyyət kəsb edir. İqlimin quru, dağ havası, küləksiz olması, meşələrlə əhatə olunmuş ərazilərdə oksigenin çox olması və xüsusən də nəmlik səviyyəsinin aşağı olması müxtəlif xəstəliklərin müalicəsində mühüm rol oynayır. Beləliklə bu iqlim istər yuxarı tənəffüs yollarının xəstəliklərinin müalicəsində, istərsə də ürək-qan damar sisteminin xəstəliklərinin təbii yolla müalicəsində mühüm əhəmiyyət kəsb edir”. 

Müşfiq Məmmədli hesab edir ki, Xızı rayonunda kardioloji sanatoriyanın inşası böyük investisiya tələb edir.

Onun sözlərinə görə, investisiyaların yatırılması üçün infrastruktur da olmalıdır, son illər rayonda yol infrastrukturu xeyli inkişaf edib. Həm Xızı şəhəri, həm Qarabulaq, həm Şuraabad istiqamətində müasir yollar çəkilib. 

Milli Məclisin deputatı Müşfiq Məmmədli Xızıda ürək xəstələri üçün sanatoriya inşa edilməsi üçün iş adamları ilə dövlət strukturlarının qarşılıqlı əlaqəsinin yaradılmasını və iş birliyini vacib amil sayır.
Onun sözlərinə görə, Xızının məsafə baxımından paytaxta yaxın və əlçatanlığı da əsas götürülməlidir. Deputat diqqətə çatdırıb ki, qurulmuş infrastruktur və yolun rahatlığı səslənən təklifin reallaşmasında vacib amil sayıla bilər.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO