\

\"Qəbələ\" braziliyalı hücumçu ilə MÜQAVİLƏ İMZALADI

Hazırda oxunan: \"Qəbələ\" braziliyalı hücumçu ilə MÜQAVİLƏ İMZALADI

79599

2022-2023 mövsümünün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” yay fasiləsində üçüncü transferini gerçəkləşdirib.

Komanda heyətini braziliyalı hücumçu Felipe Santosla gücləndirib. 25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Ötən mövsümü “Şamaxı”da keçirən Felipe Azərbaycan Premyer Liqasında 21 oyunda 6 qol vurub. O, bunadək Braziliyada “Paulista” (2014-2016), Sloveniyada “Ankaran Hrvatini” (2017-2018) və “Maribor”da (2018-2021) çıxış edib.
Xatırladaq ki, “Qəbələ” bunadək İlkin Qırtımov və Səlahət Ağayevi heyətinə qatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO