Azərbaycan - BMT əməkdaşlığı müzakirə edildi - FOTO

Azərbaycan - BMT əməkdaşlığı müzakirə edildi - FOTO

Hazırda oxunan: Azərbaycan - BMT əməkdaşlığı müzakirə edildi - FOTO

79589

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nazir 9-cu Qlobal Bakı Forumunda iştirak üçün Azərbaycana səfər edən BMT rəsmisini salamlayıb və cari ilin, Azərbaycanın BMT-də üzvlüyünün 30-cu ildönümünün tamam olması baxımından rəmzi əhəmiyyət kəsb etdiyini qeyd edib.

O ölkəmizin BMT və onun ixtisaslaşmış institutları ilə əməkdaşlığa yüksək əhəmiyyət verdiyini və istər Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində, istərsə də fərdi qisimdə Azərbaycanın irəli sürüdüyü təşəbbüslərin beynəlxalq sülh və inkişafa xidmət etdiyini vurğulayıb.

Tatyana Valovaya Azərbaycana növbəti dəfə səfərindən məmnunluq ifadə edib. O, Azərbaycanın BMT-nin mühüm tərəfdaşı olduğunu bildirib.

BMT-nin Cenevrə bölməsinin baş direktoru Azərbaycanın BMT-nin digər üzv ölkələrinə göstərdiyi yardımın təqdirəlayiq olduğunu vurğulayıb. O, Azərbaycanın bölgədə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə könüllü hesabatları təqdim edən yeganə ölkə olduğunu qeyd edib.
Görüşdə tərəflər BMT gündəliyinin aktual mövzuları ətrafında fikir mübadiləsi aparıblar.

C.Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalının nəticələrinin aradan qaldırılması, ərazilərin minalardan təmizlənməsi, bərpa və quruculuq işləri, habelə Ermənistanla münasibətlərin normallaşması və bölgədə sülhün təmin olunması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO