Pənahəli xanın başdaşı bərpa olundu - FOTO

Pənahəli xanın başdaşı bərpa olundu - FOTO

Hazırda oxunan: Pənahəli xanın başdaşı bərpa olundu - FOTO

79560

Qarabağ xanlığının yaradıcısı, Şuşa şəhərinin banisi Pənahəli xan Cavanşirin başdaşı bərpa olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Tarix Muzeyi məlumat yayıbb.

Muzeyin Bərpa laboratoriyasında başdaşı üzərindəki yazı və naxışlar orijinal hallarına xələl yetirmədən müasir vasitə və üsullar istifadə edilərək təmizlənib, zədəli yerləri bərpa edilib.

Başdaşının nümayişi üçün muzeyin daimi ekspozisiyasının 1-ci mərtəbəsində zal ayrılıb, burada İmarət qəbristanlığındakı türbənin maketi hazırlanıb və başdaşı qurulub. 

Zalda başdaşının yazısının oxunması, türbənin tarixi ilə bağlı məlumatlar olan informasiya panelləri, rəssam Əjdər Qafarovun “Pənahəli xan Cavanşir” adlı rəsm əsəri yerləşdirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO