Şuşada beynəlxalq turnir keçiriləcək - İLK DƏFƏ

Şuşada beynəlxalq turnir keçiriləcək - İLK DƏFƏ

Hazırda oxunan: Şuşada beynəlxalq turnir keçiriləcək - İLK DƏFƏ

79548

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı ilə Şuşada şahmat üzrə beynəlxalq turnir keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə AŞF prezidenti, Beynəxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov yerli qurumun mətbuat xidmətinə açıqlama verib. 

O bildirib ki, Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan beynəlxalq turnirin təşkilatı məsələləri üzərində işlərə başlanılıb.
Təşkilati işlərdə Gənclər və İdman Nazirliyi ilə yanaşı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi də yaxından iştirak edir. 

M.Məmmədovun sözlərinə görə, qadın və kişi şahmatçılar arasında təşkil olunacaq turnir rapid və blits formatında olacaq.

21 - 24 sentyabrda keçiriləcək Şuşa turnirində Azərbaycanın və dünyanın məşhur şahmatçılarının iştirakı planlaşdırılır. Azərbaycan milli komandasının bütün üzvlərinə dəvət göndəriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO