Bakı Qlobal Forumunda Ukrayna MÜZAKİRƏSİ: “Rusiya bu müharibədən...”

Bakı Qlobal Forumunda Ukrayna MÜZAKİRƏSİ: “Rusiya bu müharibədən...”

Hazırda oxunan: Bakı Qlobal Forumunda Ukrayna MÜZAKİRƏSİ: “Rusiya bu müharibədən...”

79541

“Bu müharibənin nəticəsi gələcək onilliklərin necə olacağını, bizim övladlarımızın gələcəyini müəyyənləşdirəcək”. 

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin keçmiş müavini Eka Tkeşelaşvili IX Bakı Qlobal Forumu çərçivəsində “Ukrayna müharibəsi, müqavimət, qaçqınlar və yenidənqurma" mövzusunda keçirilən panel müzakirəsində deyib.

O vurğulayıb ki, Ukraynanın qalib gəlməsi vacibdir.

"Bu qalibiyyətin nədən ibarət olacağı ilə bağlı qərar vermək xalqın öz üzərinə düşür. Ukrayna bu müharibədə parlaq gəncliyini itirir və biz Ukraynaya heç bir göstəriş verə bilmərik. Bu xalqın qərarı olacaq, bizim buna haqqımız yoxdur".
Ukraynada törədilən müharibə cinayətləri barədə danışan Gürcüstan Baş nazirinin keçmiş müavini baş verənləri insanlığa qarşı cinayət və soyqırımı adlandırıb.

O əlavə edib ki, Rusiya hazırda etibarlı ölkə deyil və neytrallaşmalıdır.

"Biz əmin olmalıyıq ki Rusiya bu müharibədən qalibiyyətsiz çıxacaq", - Eka Tkeşelaşvili deyib.

Paneldə çıxışında Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa isə Rusiyanın Ukraynadakı işğalçılıq müharibəsini inkar etdiyini və bunu xüsusi əməliyyat adlandırdığını diqqətə çatdırıb.

“Ölkədə bu müharibənin fərqində olanlar və etiraz edənlər həbs olunur".

O deyib ki, hazırkı Rusiya imperialist maraqlarla çıxış edir.

Latviyanın eks-başçısı Stalin dövründə Baltik xalqlarının kütləvi deportasiyasını xatırladıb.

"İndi seçim etmək zamanıdır. Biz necə bir qlobal sistem istədiyimizlə bağlı qərar verməliyik və tarixin doğru tərəfində olmağı seçməliyik."

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO