Dənizçilər “YAŞAT” Fonduna ianə etdi

Dənizçilər “YAŞAT” Fonduna ianə etdi

Hazırda oxunan: Dənizçilər “YAŞAT” Fonduna ianə etdi

7950

Daim sosial həmrəylik nümayiş etdirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları işğal altında olan torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış “YAŞAT” Fonduna əməkhaqlarından könüllü olaraq vəsait köçürüblər.

Bizim.Media xəbər verir ki, bu barədə ASCO-dan məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

''YAŞAT''a  SMS-lə ianə etmək imkanı yaradıldı


Məlumata görə, ASCO ailəsinin üzvləri ümumilikdə “YAŞAT” Fonduna 548 min 187 manat məbləğində ianə ediblər.

"ASCO kollektivi olaraq Vətən müharibəsində şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına başsağlığı verir, döyüşlərdə yaralanan hərbçilərimizə şəfa diləyirik.

Vətən torpağı uğrunda tərəddüd etmədən canından keçən şəhidlərimizi daim hörmətlə anmaq, onlardan bizə yadigar qalan ailələrin, müharibə zamanı yaralanan qazilərimizin sosial müdafiəsi və övladlarının firavan gələcəyini təmin etməyi missiyamız hesab edirik",- qurum bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO