Vətən müharibəsi qazisi ilə Milli Qəhrəmanın qızının toyu oldu - FOTO

Vətən müharibəsi qazisi ilə Milli Qəhrəmanın qızının toyu oldu - FOTO

Hazırda oxunan: Vətən müharibəsi qazisi ilə Milli Qəhrəmanın qızının toyu oldu - FOTO

79430

Bu gün Vətən müharibəsi qazisi Denis Quzlayevlə Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyovanın toy mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, cütlük D.Quzlayev Vətən müharibəsindən sonra xəstəxanada müalicə alarkən tanış olublar.

Qeyd edək ki, D.Quzlayev müharibədə üzündən ağır yaralanıb və bir neçə çətin əməliyyat keçirib, hətta 10 gün komada qalıb.

O, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Reginanın atası, Milli Qəhrəman Yuri Kovalyov da Göyçayda rus ailəsində anadan olub. O, 1991-ci ildə Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduğu avtomobilin ermənilər tərəfindən atəşə tutulması nəticəsində şəhid olub. 
Y.Kovalyov Şəhidlər xiyabanında dəfn olunub. Paytaxtda 229 saylı məktəb onun adını daşıyır.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO