Xaçmazda atəşfəşanlıq: Milli Qurtuluş Günü belə qeyd edildi - FOTO

Xaçmazda atəşfəşanlıq: Milli Qurtuluş Günü belə qeyd edildi - FOTO

Hazırda oxunan: Xaçmazda atəşfəşanlıq: Milli Qurtuluş Günü belə qeyd edildi - FOTO

79429

Xaçmaz rayonunda 15 iyun - Milli Qurtuluş Günü msnasibətilə "Qurtuluşdan Zəfərə" adlı bayram konserti keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə rayonun icra başçısı Elnur Rzayev, şəhid ailələri və Qarabağ qaziləri, yerli hüquq-mühafizə orqanlarının rəsmiləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin Xaçmaz şəhərindəki abidəsi ziyatət edilib, önünə tər çiçəklər düzülüb. 
Bayram konsertindən əvvəl ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində gördüyü işləri əks etdirən videoçarx nümayiş etdirilib.

Xaçmaz sakinləri daha sonra rənğarəng bayram konsertini dinləyiblər.

Bayram konsertinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO