Qubada bayram sevinci - FOTO

Qubada bayram sevinci - FOTO

Hazırda oxunan: Qubada bayram sevinci - FOTO

79406

Qubada 15 iyun - Milli Qurtuluş günü  özünəməxsus şəkildə qeyd olunub. Əvvəlcə  Heydər Əliyevin Quba şəhərindəki abidəsi gül-çiçək dəstələri ilə ziyarət olunub.

Bizim.Media xəbər verir ki, rayon icra başçısı Ziyəddin Əliyev, DTX-nin rayon şöbəsinin rəisi, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazi və şəhid ailələrinin nümayəndələri, vəzifəli şəxslərdən tutmuş sadə insanlaradək hamı Heydər Əliyevə ehtiramını abidəsi önündə bildirərək tər güllər düzüb.

Milli Qurtuluş günündə ölkənin məşhur ticarət obyektlərinindən birinin Qubada mağazasının açılışı olub. Bayram şənliyi yeni ticarət müəssisəsinin qarşısında davam etdirilib.

Qubalılara bayram təbrikini çatdıran icra başçısı Ziyəddin Əliyev çıxışında 15 iyun gününün tarixindən danışıb. Sonda şəhər sakinləri və qonaqlar  üçün bayram konserti verilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO