İƏT Gənclər Forumu ARM və Femmes Digitales arasında memorandum imzalandı - FOTO 

İƏT Gənclər Forumu ARM və Femmes Digitales arasında memorandum imzalandı - FOTO 

Hazırda oxunan: İƏT Gənclər Forumu ARM və Femmes Digitales arasında memorandum imzalandı - FOTO 

79342

İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi (İƏT Gənclər Forumu ARM) və Femmes Digitales təşkilatı arasında əməkdaşlığın əsasını qoyan Anlaşma Memorandumu imzalanıb.  

Bizim.Media xəbər verir ki, sözügedən memorandumda informasiya və kommunikasiya texnologiyaları (İKT), qadın liderliyi, qadınların İKT sahəsində fəallığı, həm Azərbaycan, həm də İƏT məkanında qadınlar arasında sahibkarlığın təşviqi, elm, texnologiya, mühəndislik və riyaziyyat yönümlü təhsil proqramları üzrə əməkdaşlıq sahələri öz əksini tapıb.  

Bəlli olduğu kimi, İƏT Gənclər Forumu ARM-nin əsas fəaliyyət istiqamətlərindən biri İƏT məkanında, xüsusilə, Avrasiyada gənc sahibkarlığa dəstək göstərməkdir. Artıq on ildən çoxdur Tatarıstan hökuməti ilə həmtəşkilatçı  qismində hər il Kazan İƏT Gənc  İş Adamları Forumu həyata keçirir.  

Azərbaycanda fəaliyyət göstərən, bir sıra Avropa ölkələri ilə əməkdaşlıq göstərən Femmes Digitales təşkilatının əsas məqsədi qadınların biznes, xüsusilə, İKT sahəsində fəaliyyətinə dəstək göstərməkdir. 

Anlaşma Memorandumunu İƏT Gənclər Forumu ARM-nin Baş direktor vəzifələrini icra edən Vüsal Qurbanov və Femmes Digitales təşkilatının təsisçisi Jana Krimpe imzalayıb.

Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO