Qusar aqroparkına verilən güzəştli kreditin MƏBLƏĞİ

Qusar aqroparkına verilən güzəştli kreditin MƏBLƏĞİ

Hazırda oxunan: Qusar aqroparkına verilən güzəştli kreditin MƏBLƏĞİ

79297

Qusar rayonunun, Quşunqışlaq kəndində 300 hektar ərazidə yaradılan aqroparkda meyvə bağlarından məhsul yığımına başlanılıb.

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, aqroparkda 290 hektar intensiv meyvə bağları salınıb, müasir damlama suvarma sistemi qurulub. Ötən il aqroparkda 17 485 ton məhsul istehsal edilib.

Aqroparka Sahibkarlığın İnkişafı Fondu tərəfindən 15 mln. manat güzəştli kredit verilib.

Bundan başqa, Nazirlik tərəfindən verilən investisiya təşviqi sənədi sayəsində sahibkar texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 2,86 mln. manata qənaət edilib.
200 nəfərin daimi, 150 nəfər isə mövsümi işlə təmin edildiyi aqroparkda 264 hektar alma, 6 hektar gavalı, 19 hektar intensiv gilas bağları salınıb.

Aqroparkda müasir soyuducu anbar yaradılıb, çeşidləmə-qablaşdırma avadanlığı quraşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO