Tacikistan-Qırğızıstan sərhədində daha bir atışma: 1 ölü, 3 yaralı 

Tacikistan-Qırğızıstan sərhədində daha bir atışma: 1 ölü, 3 yaralı 

Hazırda oxunan: Tacikistan-Qırğızıstan sərhədində daha bir atışma: 1 ölü, 3 yaralı 

79174

Tacikistan və Qırğızıstan sərhədçiləri arasında atışma zamanı bir tacik sərhədçisi həlak olub, üç nəfər yaralanıb. 

Bizim.Media “gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə informasiyanı Tacikistanın Soqdiysk vilayətinin İsfara şəhərinin Daxili İşlər İdarəsi yayıb.

“Atışma yerli vaxtla saat 6:00-da (Bakı vaxtı ilə 5:00) Tacikistanın Vorux yaşayış məskənindən 10 km aralıda yerləşən Kex sərhəd keçid məntəqəsində baş verib”, - deyə məlumatda bildirilir.

Hazırda iki tərəf arasında danışıqlar gedir. Tacik tərəfə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının komandanı Rəcəbali Rəhmonali rəhbərlik edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO