ABŞ prezidenti Co Bayden Belarusun hazırkı hakimiyyətinə qarşı sanksiyaların müddətini uzadıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ağ Evin mətbuat xidməti yayıb.
"Belarus hökumətinin bəzi üzvlərinin və digər şəxslərin hərəkətləri, apardıqları siyasət, Belarus hakimiyyətinin zərərli fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi təhlükə yaradır.
Buna görə də Belarusla bağlı elan edilən fövqəladə vəziyyət davam etdirilməlidir”. Baydenin imzaladığı fərmanın mətnində belə deyilir.
ABŞ-ın Belarusa qarşı sanksiyaları 2006-cı ildə prezident Corc Buş tərəfindən tətbiq edilib. O vaxtdan bəri bir neçə dəfə genişlənib və Belarus iqtisadiyyatının əsas sektorlarına təsir göstərib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:13 / 14.06.2022
Bayden Belarusa qarşı sanksiyaların müddətini uzatdı
Hazırda oxunan: Bayden Belarusa qarşı sanksiyaların müddətini uzatdı
Hazırda oxunan: Bayden Belarusa qarşı sanksiyaların müddətini uzatdı
79159
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.