Ağstafada həyat yoldaşını qətlə yetiməkdə təqsirləndirilən Aynur Abdullayevanın məhkəməsi başlayır.
Bizim.Media xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Nural Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 23-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin yanvarnda Ağstafa rayonu Dağ Kəsəmən kəndində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü A.Abdullayeva, həyat yoldaşı 1984-cü il təvəllüdlü Elvin Abdullayevi balta ilə qətlə yetirib.
O, Ağstafa Rayon Polis Şöbəsinə gedərək cinayətini etiraf edib.
Hadisəni həyat yoldaşı ilə aralarında ailədaxili münaqişə zəminində yaranmış mübahisədən sonra törətdiyini bildirib. A.Abdullayeva E.Abdullayev yatan zaman balta ilə boynundan vuraraq onu öldürdüyünü etiraf edib.
Qeyd edək ki, ailənin 2 övladı var.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:53 / 14.06.2022
Ərini balta ilə qətlə yetirən qadının məhkəməsi başlayır
Hazırda oxunan: Ərini balta ilə qətlə yetirən qadının məhkəməsi başlayır
Hazırda oxunan: Ərini balta ilə qətlə yetirən qadının məhkəməsi başlayır
79136
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.