AQTA-dan Qurban bayramı ilə bağlı MÜRACİƏT

AQTA-dan Qurban bayramı ilə bağlı MÜRACİƏT

Hazırda oxunan: AQTA-dan Qurban bayramı ilə bağlı MÜRACİƏT

79072

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ərəfəsində bu sahədə fəaliyyət göstərən şəxsləri dini ayinlərlə yanaşı, heyvan kəsimini və satışını müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırıb.

AQTA-dan Bizim.Media-ya verilən xəbərə görə, adi günlərlə müqayisədə bayram günlərində daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyini nəzərə alaraq, AQTA aidiyyəti dövlət orqanları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirəcək. 

Bununla əlaqədar bildirilir ki, heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarı, məhəllə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq şəhadətnaməsi olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO