Hər zaman zövqlü geyimləri ilə gündəmə gələn “Zara” geyim brendinin sonuncu reklamı Azərbaycan ictimayyəti tərəfindən birmənalı qarşılanmayıb.
Belə ki, “Zara”nın çörəklə çəkilən ayaqqabı reklamında milli dəyərlərin, eləcə də Azərbaycan mətbəxinin simvollarından olan çörək, yeni ayaqqabı brendinin altında tapdalanır.
Yeni brend ayaqqabılarının reklamı üçün yayımlanan fotolarda “Zara” ayaqqabılarının içində və altında müxtəlif formalı çörəklər təsvir olunub.
Ən əsası isə bu fotolarda “Çörək bol olarsa, basılmaz vətən” deyilən, əsrlərdən bəri xalqın milli- mənəvi simvollarından sayılan çörəyin üzərinə ayaqqabı ilə basılması insanların səbr kasasını daşdıran məqamlardan biri olub.
Sosial şəbəkədə paylaşılan bu reklama minlərlə istifadəçi tərəfindən sərt reaksiyalar verilərək, “Zara” brendi haqqında ciddi tənqidi sözlər yazılıb.
“Zara”nın reklam xarakterli bu fotoları insanlar tərəfindən millilik fonunda nemətə və bərəkətə qarşı olan hörmətsizlik kimi dəyərləndirilib.
Bizim.Media olaraq mövzu ilə bağlı geniş ictimayyətin və eləcə də, “Zara” brendinin mövqeyini dərc etməyə hazırıq.
Leyla Şah,Bizim.Media
- A-
- A
- A+
Dünya
16:08 / 13.06.2022
“ZARA”nın son reklamında çörək tapdalandı - Tənqidlər dayanmır..
Hazırda oxunan: “ZARA”nın son reklamında çörək tapdalandı - Tənqidlər dayanmır..
Hazırda oxunan: “ZARA”nın son reklamında çörək tapdalandı - Tənqidlər dayanmır..
79053
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.