Paytaxtda təmir olunan məktəblərin SAYI açıqlandı 

Paytaxtda təmir olunan məktəblərin SAYI açıqlandı 

Hazırda oxunan: Paytaxtda təmir olunan məktəblərin SAYI açıqlandı 

78970

2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 92 məktəbdə tikinti, əsaslı və cari təmir işləri yerinə yetirilib. 

İdarədən Bizim.Media-ya verilən xəbərə görə, 4 məktəb üçün yeni bina və ya əlavə tədris korpusu inşa olunub (71, 172, 205, 307 nömrəli tam orta məktəblər).

Ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Hövsan qəsəbəsində yeni məktəb, Binə qəsəbəsində 88, Xocasən qəsəbəsində 33, Yeni Yasamal Yaşayış Massivində 133 nömrəli tam orta məktəblər) tikintisi tamamlanıb.
Eyni zamanda, ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Binə qəsəbəsi Bolluq yaşayış massivi, Binə qəsəbəsi Atıcılıq yaşayış massivi (292), Binəqədi rayonu və Kürdəxanı qəsəbəsi (304)) tikintisi ilə əlaqədar son tamamlanma işləri aparılır. 

Həmçinin hazırda 3 məktəbdə (35, 87, 263) köhnə korpuslarının sökülərək yenidən tikintisi, 2 məktəbdə isə (126, 320) bərpa-gücləndirilmə və əsaslı təmir işləri aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO