Nazarbayev Putinlə görüşdü

Nazarbayev Putinlə görüşdü

Hazırda oxunan: Nazarbayev Putinlə görüşdü

78966

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşüb və onu Rusiya Günü münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Elbasy.kz saytı yayıb.

Məlumata görə, görüş zamanı Nazarbayev və Putin iki ölkə arasında əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə bir-birini təbrik ediblər. 

Qeyd olunub ki, Qazaxıstanla Rusiya arasında əməkdaşlıq bərabərhüquqlu dialoq əsasında inkişaf edir.

Tərəflər, həmçinin bir-birinə cansağlığı, firavanlıq arzulayıb, Qazaxıstan və Rusiya xalqlarının qurulmuş dostluq əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə əminliklərini bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO