Putin I Pyotru yenidən xatırladı: “Rusiyanı böyük və güclü dövlətə çevirib”

Putin I Pyotru yenidən xatırladı: “Rusiyanı böyük və güclü dövlətə çevirib”

Hazırda oxunan: Putin I Pyotru yenidən xatırladı: “Rusiyanı böyük və güclü dövlətə çevirib”

78899

Rusiya prezidenti Vladimir Putin İmperator I Pyotrun Rusiya qarşısında müstəsna xidmətlərinin olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Kremlin saytında yer alıb.

“Biz irəli gedən, yeni ərazilər tutan, vətənin mütərəqqi inkişafına nail olan, döyüşlərdə müdafiəsinə qalxan, dünyada layiqli rolunu təsdiq edən əcdadlarımızın nailiyyətləri və hərbi qələbələri ilə fəxr edirik. Bütün bu sahələrdə İmperator I Pyotrun, əlbəttə ki, xüsusi görkəmli xidmətləri var”, - deyə Putin dövlət mükafatlarının təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, bugünkü Rusiya I Pyotra hörmətlə yanaşır, çünki onun dövründə ölkə güclü, böyük dövlətə çevrilib.

Putin xatırladıb ki, imperator dövlət idarəçiliyində, iqtisadi inkişafda, güclü ordu və donanmaların yaradılmasında və digər sahələrdə əsaslı dəyişikliklərə nail olub.

Xatırladaq ki, bir qədər əvvəl Vladimir Putin demişdi ki, I Pyot əraziləri geri qaytarıb:

“Eyni aqibət müasir Rusiyanın da üzərinə düşüb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO