İraqda şəhid olan türk əsgərlərinin sayı artdı - FOTO

İraqda şəhid olan türk əsgərlərinin sayı artdı - FOTO

Hazırda oxunan: İraqda şəhid olan türk əsgərlərinin sayı artdı - FOTO

78877

Şimali İraqda Pençe-Kilit əməliyyatı bölgəsində şəhid olan türk əsgərlərinin sayı artıb.

Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, onların sayı 2 nəfərə çatıb.

Çavuş Ömər Yıldırım və onbaşı Mehmet Ali Çap dünyasını dəyişib.

Xatırladaq ki, dünən Türkiyə Milli Müdafiə Nazirliyi terrorçuların yerləşdirdiyi partlayıcı qurğunun əməliyyatı nəticəsində Türkiyə ordusunun bir əsgərinin şəhid olduğunu, daha 3 əsgərin yaralandığını bildirmişdi.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilsə də, həkimlər onlardan birinin həyatını xilas edə bilməyib.

Türkiyə Milli Müdafiə Nazirliyi həlak olan əsgərlərin ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib.

Qeyd edək ki, aprelin 18-də Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Pençe-Kilit antiterror əməliyyatına başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO