İsrailin baş nazirindən İranla bağlı SƏRT AÇIQLAMA: “Əgər nüvə silahı əldə edərsə...”

İsrailin baş nazirindən İranla bağlı SƏRT AÇIQLAMA: “Əgər nüvə silahı əldə edərsə...”

Hazırda oxunan: İsrailin baş nazirindən İranla bağlı SƏRT AÇIQLAMA: “Əgər nüvə silahı əldə edərsə...”

78856

“İran hakimiyyəti nüvə silahının yaradılmasına fəal şəkildə çalışır və bu, Qərbdən daha sərt reaksiya tələb edir”.

Bizim.Media xəbər verir ki, bunu bazar günü Britaniyanın “The Sunday Telegraph” qəzetinə müsahibəsində İsrailin baş naziri Naftali Bennet deyib.

"İran misli görünməmiş sürətlə uranı zənginləşdirir və nüvə silahına sahib olmağa son dərəcə yaxındır. Qərbin təzyiqi olmasa, İrandakı İslam rejimi tezliklə nüvə bombası əldə edə bilər. Dünya nəsə etməlidir" deyə o, sərt mövqe bildirib.

Baş nazir İran rəhbərliyinə səslənərək "Nüvə silahı yoxdur, sanksiyalar da yoxdur" sözlərini əlavə edib.

Nəşrin mənbələri bildiriblər ki, İsrail Böyük Britaniyadan İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün xüsusi mexanizm yaratmağı xahiş edib: “Bu nüvə proqramı davam edərsə, Tehrana qarşı daha sərt sanksiyalar tətbiq ediləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO