Qarşıdakı 10 ildə smartfonların qiyməti daha da bahalaşacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın "Mozillion" pərakəndə satış şirkətinin analitikləri bildirib. Onlar ötən müddət ərzində smartfonların qiymətindəki artımı təhlil etdikdən sonra belə proqnoz verib.
Qeyd edilir ki, mobil telefon bazarının flaqmanı "iPhone"ların qiyməti 2012-ci ildə "iPhone 5" üçün 200 dollardan "iPhone 13 Pro Max" üçün 452% artımla 1100 dollara yüksəlib.
Bu tendensiya davam edərsə, o zaman 2032-ci ilin "iPhone" üçün 6069 dollar ödəməli olacaqsınız.
Qiymət artımı reytinqində "Motorola" (233%), "Huawei" (221%) və "Samsung" (181%) da yer alır.
Oral Mədənçi, Bizim.Media
- A-
- A
- A+
Dünya
16:35 / 11.06.2022
Mobil telefonlar 6 min dollara qədər BAHALAŞACAQ
Hazırda oxunan: Mobil telefonlar 6 min dollara qədər BAHALAŞACAQ
Hazırda oxunan: Mobil telefonlar 6 min dollara qədər BAHALAŞACAQ
78803
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.