Xəbər verdiyimiz kimi, ötən həftə Romada sevgilisi Melis Sütşurupla nikaha girən türkiyəli müğənni Mustafa Sandalın toyu baş tutub.
Bizim.Media xəbər verir ki, üç gün-üç gecə davam edəcək təmtəraqlı toy məclisindən görüntülər sosial şəbəklərdə paylaşılıb.
Marmarisdə keçirilən məclisə 80 nəfər dəvət olunub.
M.Sandal 80 nəfərlik qonağının otelə gəlişi, gecələməsi və toy xərcləri üçün ümumi olaraq 100 min avroya (Təxminən 176 min manat) yaxın pul xərcləyəcək.
Qeyd edək ki, M.Sandal daha öncə müğənni Emine Yahoviçlə evli olub. Onların Yaman ve Yavuz Sandal adlı oğulları var.
Rəşad Əliyev, Bizim.Media