Mehmet Topal milli komandadan çıxarıldı

Mehmet Topal milli komandadan çıxarıldı

Hazırda oxunan: Mehmet Topal milli komandadan çıxarıldı

78677
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Albaniya və Moldova yığmalarıla qarşılaşacaq Türkiyə millisi itki ilə üzləşib.

"Ay-ulduzlar" "Fənərbaxça”nın futbolçusu Mehmet Topalın xidmətindən məhrum olub. Bu səbədən də 33 yaşlı yarımmüdafiəçi yığmadan kənarlaşdırılıb.

Super Liqanın 26-cı turunda "Sivasspor"la oyunda zədələnən futbolçunun durumu ciddidir.

Qeyd edək ki, Türkiyə martın 22-də səfərdə Albaniya qonağı olacaq. Şenol Günəşin rəhbərlik etdiyi komanda 3 gün sonra evdə Moldova yığması ilə qarşılaşacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO