“Gələn həftə sinəmdən əməliyyat olunacağam”.
Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qocaman və məşhur aktrisası Məsumə Babayeva deyib.
Bir müddət əvvəl redaksiyamızın əməkdaşı ilə söhbətində evdə yıxılaraq, sinəsindən zədə alan aktrisa şişlər əmələ gəldiyini açıqlamışdı. Onları aradan götürmək üçün M.Babayeva cərrahi əməliyyat keçirəcəyini söyləyib.
“Əməliyyatım daha əvvəl olmalı idi. Lakin əməliyyat masasında həkimlər şəkərimin yüksək olduğunu bilib, təxirə saldılar. Şəkərim aşağa düşsün deyə, dərmanlar qəbul edib, iynələr vurdururam. Sinəmdə şişləri çıxarıb götürəcəklər. Onlar səhhətimə təhlükə yarada bilər. Səhhətim hələ də ağırdır. Daha çox evdə oluram”.
Qeyd edək ki, M.Babayeva çəkilişlərin birində bərk əsəbiləşib. Daha sonra aktrisa keçirdiyi qərginlik və stress səbəbi ilə evdə olduğu zaman qəfildən insult keçirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:39 / 10.06.2022
Sinəsində şiş aşkarlanan aktrisa: "Gələn həftə əməliyyat olunacam" - ÖZƏL
Hazırda oxunan: Sinəsində şiş aşkarlanan aktrisa: "Gələn həftə əməliyyat olunacam" - ÖZƏL
Hazırda oxunan: Sinəsində şiş aşkarlanan aktrisa: "Gələn həftə əməliyyat olunacam" - ÖZƏL
78629
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.