248 uşaq övladlığa verilib

248 uşaq övladlığa verilib

Hazırda oxunan: 248 uşaq övladlığa verilib

78622

Son 3 ildə 248 uşaq övladlığa verilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial xidmətlər sahəsində görülən işlər və qarşıda duran hədəflərin müzakirəsinə həsr olunmuş iclasda bildirilib. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial xidmətlər sisteminin həssas əhali qruplarının həyatında təsirli rola malik olaraq müsbət dönüş yarada bilən bir səviyyədə təşkil olunmasının bu sahədə əsas prioritet olduğunu vurğulayıb. 
Həmçinin bildirilib ki, keçən il 3 il əvvələ nisbətən 5 dəfə çox olmaqla, 3 min mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi proqramı icra olunub.  

44 günlük Vətən müharibəsindən sonra 3500, ümumilikdə ötən dövrdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO