“Oğlanların təhsili ciddi problemə çevrilir” - NAZİR

“Oğlanların təhsili ciddi problemə çevrilir” - NAZİR

Hazırda oxunan: “Oğlanların təhsili ciddi problemə çevrilir” - NAZİR

78579

“Daimi danışdığımız məsələlərdən biri qızların təhsilidir. Amma oğlanların təhsil keyfiyyəti kifayət qədər ciddi problemə çevrilir”.

Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Abituriyent” jurnalının 12-ci buraxılışının təqdimatı zamanı deyib.  

“Qızların təhsili çox vacibdir, çünki bu anaların təhsilidir. Bu isə uzun müddətdə təhsilin keyfiyyəti deməkdir. Bütün fənlərdə qızlar oğlanlardan yüksək nəticə göstərir. Əvvəl riyaziyyatdan ənənəvi olaraq oğlanlardan daha üstün idi, amma bu il nəticələrə baxdım ki, demək olar ki, rəqəm eynidir” - deyə nazir qeyd edib. 

Nazir rus bölməsi ilə bağlı məsələyə də münasibət bildirib. Onun sözlərinə görə, ən yuxarı rus bölməsi göstəricisi olan məktəb belə "TOP 10"-luğa düşmür: 

"Həmin məktəb ən yaxşı halda 11, 15-ci sırada olur". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO